Cəmiyyət

Bakıda propan qaz balonlarının olduğu sexdə yanğın baş verib

Sharing is caring!


Bakı şəhərinin Suraxanı rayonunda yerləşən sexin ərazisində ümumi sahəsi 50 kvadratmetr olan dəmir konstruksiyadan ibarət tikilinin taxta atmaları, bir ədəd plastikdən ibarət pəncərəsi və həcmi bir kubmetr olan yanacaq çəninin içərisindəki yanacaq yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tikilinin içərisində hər birinin həcmi 50 litr olan doqquz ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Bitişik sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir