Cəmiyyət

Park edilmiş avtomobilləri zərərdən kim sığortalayır?

Sharing is caring!


Bir sıra sığorta növləri var. Onlardan biri də parkinq sığortasıdır. Bu xidmət avtomobil sahiblərini kiçik məbləğ ödəməklə avtomobillərini parkinq halında dəyəcək zərərdən sığortalayır.

Mövzu ilə bağlı Bizim.media-ya danışan sığorta üzrə ekspert Vüsal Bədəlov bildirib ki, hazırda sığorta şirkətləri parkinq sığortası adı ilə belə bir xidmət də satırlar:

“Bu sığortanın məbləği iki tərəf arasında qarşılıqlı razılaşma ilə müəyyən edilir. Avtomobilin dəyərindən asılı olaraq parkinq sığorta haqqı 1 illik 100 manatdan başlayır.

Həmin sığorta haqqına uyğun olaraq gələcəkdə sığorta haqqı verilir. Bu o deməkdir ki, avtomobil parkinq zamanı şüşələr sındırılaraq oğurluq olunarsa və ya kənardan atılan hansısa cisim zərər vurarsa, bunu sığorta qarşılayacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir