Cəmiyyət

Zaur Darabzadə: “Tamaşaçılarımızı Azərbaycan klassik filmlərini izləməyə dəvət edirəm”

Sharing is caring!


“Azərbaycan kinostudiyasının son 100 ildə təqdim etdiyi müxtəlif filmlər yaxın bir həftə ərzində “CinemaPlus” Kinoteatrlar şəbəkəsində təqdim ediləcək”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunan Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı tədbirində “CinemaPlus” Kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tamaşaçılar avqustun 3-dən 10-dək Azərbaycan klassik filmlərini “CinemaPlus”da ödənişsiz şəkildə izləyə bilərlər:

“Bu gün Azəbaycan kinosunun 125, Azərbaycan kinostudiyasının 100 illiyi münasibətilə Azərbaycan klassik filmlərinin təqdimatı həyata keçirilir. Bakı, Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərinin sakinləri klassik Azərbaycan filmlərini kinoteatrlarda ödənişsiz izləyə bilərlər”.

Z.Darabzadə sonda kino sahəsində çalışan hər kəsi təbrik edib:

“Tamaşaçılarımızı Azərbaycan klassik filmlərini izləməyə dəvət edirəm. Əminəm ki, bu kino festivalı anşılaqla keçəcək. Klassik filmlərimizi izləmək istəyənlər kinoteatrlar şəbəkəsinin saytı vasitəsilə filmlərin nümayiş olunacağı saatları öyrənə bilərlər”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir