Cəmiyyət

İnsanları çaşdıran işıqfora görə kim məsuldur? – VİDEO

Sharing is caring!


Metronun “Əhmədli” stansiyasının yaxınlığında quraşdırılmış piyada keçidini tənzimləyən işıqforun düzgün işləməməsi hərəkət iştirakçılarının narazılığına səbəb olur.

Qafqazinfo.az xəbər verir ki, problemlə bağlı sosial şəbəkələrdə paylaşımlar edilib, vəziyyətin təhlükəli hal yaratdığı bildirilib. Məsələ ondadır ki, işıqfor eyni vaxtda həm avtomobillər, həm də piyadalar üçün yaşıl işıq göstərir. Belə olan halda isə sürücü də, piyada da çaşdırıcı vəziyyətə düşür. Sözügedən problem bir neçə ay əvvəl azyaşlı piyadanın ölümünə səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırovun sözlərinə görə, həmin ərazidəki piyada keçidini tənzimləyən işıqfor NİİM tərəfindən quraşdırılmayıb: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Daxili İşlər Nazirliyinin bilavasitə tabeliyinə veriləndə, Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində işıqforların quraşdırılması ilə bağlı icrası tamamlanmış layihələrin nazirliyə təhvil-təslimi olub. Ancaq icrası hazırda davam edən layihələrin təhvil-təslim prosesi yekunlaşmayıb.”

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, sözügedən işıqforun düzgün işləməməsi ilə bağlı araşdırma aparılır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir