Cəmiyyət

İstismara veriləndən BTC ilə 546 milyon tondan çox neft nəql edilib

Sharing is caring!


2023-cü ilin birinci yarısında Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 59 milyon dollar, əsaslı xərclərə isə 18 milyon dollar vəsait xərclənib.

APA-nın məlumatına görə, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 402 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilikdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilib.

“İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 15 milyon ton (təxminən 114 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 158 tankerə yüklənib və yola salınıb”, – deyə hesabatda bildirilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir