Cəmiyyət

Qaxda 11 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Sharing is caring!


Qax rayonunda 11 gün əvvəl itkin düşən İlisu kənd sakini 30 yaşlı Rəhman Sədrəddin oğlu Kamallının meyiti tapılıb.

“Report”un məlumatına görə, meyit İlisu-Sarıbaş yolunda, Dağküsən dağı ərazisində aşkarlanıb.

R.Kamallının meyitini dağlıq ərazidən endirmək üçün əraziyə İlisu kənd sakinləıri, mərhumun yaxınları və müvafiq qurumların nümayəndələri gediblər.

Qeyd edək ki, R.Kamallı iyulun 23-ü günorta saatlarında rayonun Sarıbaş kənd sakini olan Ramazan adlı çobanla Alagöz dağındakı yaylağa gedərkən itkin düşüb. İyulun 24-dən onun axtarışlarına Fövqaladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, Qax rayon Polis Şöbəsinin əməkdaşları və ərazini yaxşı bilən İlisu, Ağçay və Sarıbaş kənd sakinləri qoşulmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir