Cəmiyyət

Şəkidə VI əsrdən qalan tarixi qala dağılmaq üzrədir – FOTO

Sharing is caring!


Şəkidə tarixi qala baxımsız vəziyyətdədir. 

Söhbət Şəkinin Baş Kəldək kəndində yerləşən Gavur qalasından gedir. Qalanın VI əsrə aid olduğu deyilir. Yerli camaat arasında “Həzrəti Əli” qalası adlanan bu tikili uçuq-sökük vəziyyətdədir.

Həm müdafiə, həm də müşahidə qalası kimi tanınan ən qədim qalalardan biri olsa da, baxımsızlıqdan dağılmaq üzrədir.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Xidmətdən Oxu.Az-a bildirilib ki, məsələ Qəbələ Regional İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Məlumatda qeyd edilib ki, Şəki rayonunun Baş Kəldək kəndində yerləşən 326 inventar nömrəli Gavur qalası ölkə əhəmiyyətli memarlıq abidəsidir:

“Dağlıq, meşəlik ərazidə yerləşən tarixi abidə üçün təhlükə törədən ağac və kol bitkilərinin təmizlənməsi üçün aidiyyəti dövlət orqanına müraciət olunub. Qala üçün təhlükə törədən ağac və kolların təmizlənməsi planlaşdırılır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir