Cəmiyyət

“Əsgərin kitab rəfi” kitabtoplama aksiyasına yenidən start verilir

Sharing is caring!


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı, “İRƏLİ” İctimai Birliyinin tərəfdaşlığı ilə “Əsgərin kitab rəfi” kitabtoplama aksiyasına yenidən start verilir.

“İRƏLİ” İctimai Birliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, budəfəki aksiya çərçivəsində də elmi, bədii, publisistik və digər janrlarda kitablar toplanacaq. Sonda toplanmış kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərimizə üstünlük verilməklə bütün hərbi qulluqçularımıza çatdırılacaq.

Birlik bütün gəncləri, təhsil müəssisələrini, qeyri-hökumət təşkilatlarını, özəl sektor və media nümayəndələrini aksiyada fəal iştirak etməyə çağırır. Kitab hədiyyə etmək istəyən şəxslər “İRƏLİ” İctimai Birliyinə yaxınlaşaraq kitablarını təqdim edə bilərlər.

Qeyd edək ki, “Əsgərin kitab rəfi” kitabtoplama aksiyası artıq ikinci dəfədir ki, həyata keçirilir. Aksiyanın əsas məqsədi əsgərlərimizin asudə vaxtının səmərəli təşkilinə töhfələr vermək, eləcə də, gənclər arasında mütaliəyə marağın artırılmasıdır. Ötən il keçirilən kitabtoplama aksiyasında “İRƏLİ” İctimai Birliyi tərəfindən 12 mindən çox kitab toplanaraq Müdafiə Nazirliyinə təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir