Cəmiyyət

Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması layihəsi yekunlaşıb – FOTO

Sharing is caring!


Avropa Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycanın regionlarında gənc təlimçilərin bacarıqlarının artırılması” layihəsinin Lənkəran mərhələsi başa çatıb və bununla da təlimlər mərhələsi yekunlaşıb.

Ümumilikdə iki fazadan ibarət olan və hər birində 10 müxtəlif regiondan 20 gənc təlimçinin iştirak etdiyi layihənin əsas məqsədi gənc təlimçilərin bacarıqlarını inkişaf etdirmək və onların icmalarında qeyri-formal təhsil fəaliyyətlərini dəstəkləməklə Azərbaycanın regionlarında qeyri-formal təhsilin cəlbediciliyini, keyfiyyətini artırmaqdan ibarət olub.

Beşgünlük təlim kursu ərzində iştirakçılar “qeyri-formal təhsil nədir və üstünlükləri”, “təcrübə əsaslı öyrənmə”, “insan hüquqları təhsili”, “həssas qrupdan olan gənclərlə iş”, “təlim proqramının hazırlanma qaydaları” kimi mövzuları əhatə edən seminarlar və məlumatlandırıcı sessiyalar keçirilib. Sonda isə iştirakçılar sertifikatla təltif ediliblər.

Qeyd edək ki, layihənin davamı olaraq avqust-sentyabr ayları çərçivəsində 10 rayonda “İnsan hüquqları üzrə təhsil”, “Fəal vətəndaşlıq təhsili”, “Gənclərin mənalı iştirakçılığı” mövzularında “follow-up” layihələri keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir