Cəmiyyət

Biləsuvarlı fermerlər çətin vəziyyətə düşüblər – FOTO

Sharing is caring!


Biləsuvar rayonunda pomidorun qiymətinin kəskin azalması fermerləri çətin vəziyyətə salıb.

Bu barədə “Report”un yerli bürosuna bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, bu il sahələrdə məhsul bol olsa da, onu normal qiymətə sata bilmirlər:

“Odur ki, məhsul sahələrdə qalır və yararsız vəziyyətə düşür. Hazırda pomidorun bir kiloqramını bizdən 20 qəpiyə istəyirlər. Bu qiymət isə çəkdiyimiz xərci – işçilərin pulunu belə ödəmir. Heç olmasa, məhsulun kiloqramını 50 qəpiyə sata bilsək, bəlkə, xərclərimiz ödənilər. Biz hələ qazancımızı demirik. Ümid edirik ki, gələn ay – payızqabağı məhsulumuz bir az bahalaşar”.

Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərin problemlərindən xəbərdardırlar. Mərkəzdən bildirilib ki, builki əkin mövsümündə rayonda 603 hektar sahədə pomidor əkilib:

“Məhsul, əsasən, rayonun Əsgərabad, Amankənd, Ağalıkənd, Ağayrı və Səmədabad kəndlərində becərilib. Məhsulun bol, alıcılıq qabiliyyətinin zəif olması, xarici bazara çıxış imkanlarının məhdudluğu, eləcə də tədarük məntəqələrinə və iri şəhərlərə fermerlərin birbaşa çıxışının məhdud olması pomidorun ucuzlaşmasına gətirib çıxarıb. Vəziyyətdən çıxış yolu yalnız yeni tədarük məntəqələrinin yaradılması, məhsulların birbaşa fermerlərdən alınması ola bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir