Cəmiyyət

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb – VİDEO

Sharing is caring!


2023-cü tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, keçirilən mərasimlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib və maddi-tədris bazaları yoxlanılıb.
Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib, silahlanmaya yeni daxil olmuş silah və texnika, eləcə də qoşunlarda idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər haqqında şəxsi heyətə məlumat verilib və yeni tədris dövrü üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılıb.

Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris dövründə döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər. Çıxışların ardından şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir