Cəmiyyət

Nazir: “Pirallahı Sənaye Parkında 130-dan çox iş yeri açılıb” – FOTO

Sharing is caring!


“Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabındakı paylaşımında qeyd edib.

“Sənaye Parkında investisiya kapitalı 66 milyon manatdan artıq altı sahibkarlıq subyektinə rezident statusu verilib və bunlardan ikisi artıq istehsal fəaliyyətinə başlayıb. Buraya 36 milyon manatdan çox investisiya yatırılıb, 130-dan çox daimi iş yeri yaradılıb, 37 milyon manatlıq məhsul istehsal edilib. Mövcud layihələr üzrə 30 milyon manata yaxın investisiyanın yatırılması, 250-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir