Cəmiyyət

İki uşaq atasının bir günü qalıb: Əməliyyat üçün pulları çatmır – FOTO

Sharing is caring!


 İki uşaq atası Eynur Məmmədəliyevin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun bacısı İlahə Məmmədəliyeva məlumat verib.

O bildirib ki, qardaşı mədəaltı vəzinin xərçəngi xəstəliyindən əziyyət çəkir.

“Qardaşım 5 ay idi ağrısa da, əhəmiyyət vermirdi. Bir ay əvvəl ağrısı daha da kəskinləşdi, həkim müayinəsi zamanı bildik ki, mədəaltı vəzinin xərçəngindən əziyyət çəkir. Həkimlər təcili müalicələrə başlasalar da, əməliyyat lazım olduğunu dedilər”.

İlahə Məmmədəliyeva bildirib ki, qardaşı sabah əməliyyat olunmalıdır.

“Qardaşım sabah əməliyyat olunmalıdır. Əməliyyat üçün lazım olan 5 000 manatın cəmi 1 500 manatını toplaya bilmişik. İnanın 3 500 manatı toplamağa imkanımız çatmır, həm də bir günün içində. Yardımsevər şəxslərdən qardaşıma və balalarına dəstək olmalarını xahiş edirəm. İki körpə balanı atasız qoymayaq”.

Ailə ilə əlaqə: (055) 369-84-15

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir