Cəmiyyət

Cəlilabadda avtomobilin vurduğu piyada komaya düşüb

Sharing is caring!


Cəlilabad rayonunda avtomobilin vurduğu piyada komaya düşüb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub.

O, ağır vəziyyətdə rayon xəstəxanasına aparılıb.

Xəstə hazırda koma vəziyyətindədir və süni tənəffüs aparatına qoşulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir