Cəmiyyət

Tullantıların qalaqlanaraq yandırılmasına görə bir neçə obyekt sahibi cərimələnib – FOTO

Sharing is caring!


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Samux rayonunun Seyidlər kəndi ərazisində, Lənkəran rayonunun Balıqçılar qəsəbəsində, Göygöl rayonunun Toğanalı kəndində fəaliyyət göstərən “101” ictimai iaşə obyektində, Xəzər dənizinin Lənkəran rayonu Nərimanabad qəsəbəsi sahilində fəaliyyət göstərən iaşə obyektlərində və Ağdam rayonunun Xındırıstan kəndindəki “Oba” marketdə formalaşan tullantıların qalaqlanması və ya yandırılması faktları müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı Samux rayonu Seyidlər bələdiyyəsinin sədri Nailə Əsədova, Lənkəran rayonu Balıqçılar qəsəbə bələdiyyəsinin sədri Tofiq Bədəlov, “101” ictimai iaşə obyektinin sahibi Vidadi Məmmədov, Lənkəran rayonundakı iaşə obyektlərinin icarədarları Samiq Abuşov, Elşad Əhmədov, Rakif Fəttayev və “Oba” marketin nümayəndəsi Təhminə Vəlizadə barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir