Cəmiyyət

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər – VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində xidmət aparan xilasediciləri 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.

Bu barədə FHN-dən bildirilib.

Xilasetmə əməliyyatına başlayan xilasedicilər tərəfindən dənizdə batma təhlükəsində olan 2002-ci il təvəllüdlü Şükür Ramil oğlu Haqverdiyev və 2006-cı il təvəllüdlü Seymur İlkin oğlu Əliyev xilas ediliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir