Cəmiyyət

3 yaşlı Xədicə qaynar suda yanıb: “Çöplü meyvə şirəsi görəndə sevinir, ağlamağı dayanır” – FOTO

Sharing is caring!


3 yaşlı körpə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a onun anası Kamalə Ruşanova məlumat verib.

O qeyd edib ki, 2020-ci il təvəllüdlü övladı Xədicə Ruşanzadə ağır yanıq xəsarətləri alıb:

“Biz Ucarda yas mərasimində iştirak edirdik. Bu zaman qızım bir kənarda dayanmışdı. Ondan bir az aralıda odun sobasının üzərində qaynayan çaydan qəfil partladı və qızımın başına dəydi. Hadisə 19 iyulda baş verib. Biz indi Bakıda xəstəxanalardan birində müalicə alırıq. Qızım həmin gündən reanimasiyadadır. Həkimlər bildirirlər ki, boynunun altı çox dərin yanıb. Buna görə də dəriköçürmə əməliyyatı etməlidirlər. Xədicənin yanıq yerləri çox göynəyir. Həkimlərin yazdığı dərmanları ala bilmirəm. İmkanım buna çatmır. Ona görə də yaraları günü-gündən pisləşir. Çöplü meyvə şirəsi görəndə sevinir. Az da olsa, ağlamağı dayanır. Amma hər gün ala bilmirəm. Çünki maddi vəziyyətimiz çox ağırdır. Özüm evdar qadınam. İki azyaşlı övladım var. Yoldaşım isə sürücüdür.  İmkanı olan şəxslərdən xahiş edirəm bizə kömək olsunlar. Əməliyyatı və müalicəni edə bilməyimiz üçün bizə 3000 manat pul lazımdır”.

Ailə ilə əlaqə: (077) 518-30-31

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir