Cəmiyyət

Mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın üzvlərinin sayı artırılıb

Sharing is caring!


Kənd təsərrüfatı nazirinin müavini Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın üzvü olacaq.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini də komissiyanın üzvləri sırasında yer alacaq.

Komissiyada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinini isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini əvəzləyəcək.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir