Cəmiyyət

Eldəniz Vəliyev: “Qaz təsərrüfatı haqqında qanuna dəyişiklik edilib”

Sharing is caring!


“Qaz təsərrüfatı haqqında qanuna dəyişiklik edilib. Həmin o qaydalar artıq “Azəriqaz” İB-yə təqdim edilib”

Oxu.Az xəbər verir ki, bunu “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev deyib.

O bildirib ki, Nazirlər Kabineti bu qaydaların bütün müddəalarını aidiyyəti bütün qurumlarla dəqiqləşdirib:

“Bu qaydalar nə abonentin, nə də qurumun fəaliyyətinə mənfi təsir edəcək. Bu qaydaların dəqiqləşməsi uzun çəkib. Amma yeni qaydalarda da abonentlərə üstünlük verilib.

Hər il yanvar-noyabr aylarında texniki şərtə uyğun bütün müayinələr aparılacaq. Qaz sayğaclarının müayinəsi ilə bağlı abonentlərə SMS vasitəsilə məlumat veriləcək. Əməkdaşın abonentin mənzilinə yaxınlaşacağı gün bildiriləcək. Əgər abonent qapını açmazsa, birlik nümayəndələrinə müayinəni həyata keçirməsinə süni maneə yaranarsa, “Qaz Təsərrüfatı” haqqında qanunun 80-ci maddəsinə əsasən, qaz təchizatı dayandırılacaq. Aparılan yoxlamalar zamanı görülən işlər aktlaşdırılacaq. Aktın bir nüsxəsi abonentlərdə,  biri də qurumda qalacaq. Müvafiq zaman, yəni 30 gündən sonra yenidən yoxlama keçiriləcək. Təftiş zamanı qaydalardan kənarlaşma müşahidə edilərsə, qaz təchizatı dayandırılacaq. Bu həm də dəm qazından boğulma hallarının qarşısının alınmasına rəvac verəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir