Cəmiyyət

Azad edilən ərazilərdə 10-a yaxın məscid inşa olunur

Sharing is caring!


“Hazırda azad edilən ərazilərdə 10-a yaxın məscidin tikintisi davam etdirilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılmış kilsələr də var:

“Məscidlərlə yanaşı kilsələr də təmir olunur. Onlar erməni işğalçılar tərəfindən amansızlıqla dağıdılıb. Mən görürəm ki, cənab prezident o yerlərə qarşı çox diqqətlidir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir