Cəmiyyət

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb – FOTO

Sharing is caring!


İyul ayının 27-də saat 10:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş bir ədəd bağlamada ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə marixuana, narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1 725 ədəd “Pregobalin 150” və 12 ədəd “Golden wolf” həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir