Cəmiyyət

Bakıda yanğından mühafizə sahəsində beynəlxalq standartlara dair seminar keçirilib – FOTO

Sharing is caring!


“Radisson Baku” (“Park İnn”) hotelində yanğından mühafizə sistemləri sahəsində dünyanın tanınmış markası olan “Viking” və “Zetaş Yapı” şirkətinin Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə seminar keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycanın tikinti sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, iş adamları və mühəndislər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən “Zetaş Yapı”nın təsisçisi Ramil Zeynalsoy tədbir iştirakçılarına şirkətin göstərdiyi yanğından mühafizə sistemləri və mühəndislik xidmətləri haqqında məlumat verib. Bildirib ki, baş ofisi Ankarada yerləşən şirkətin Azərbaycanda, Gürcüstanda və Polşada ofisləri fəaliyyət göstərir.

Yanğından mühafizə sistemləri üzrə ixtisaslaşmış mühəndislik firması olan “Zetaş” şirkətinin məqsədi tikinti sektorunda layihələrin xərclərini azaldacaq və onlara əlavə dəyər yaradacaq mühəndislik həlli yollarını təqdim etməkdir. Şirkət aktiv sulu söndürmə, köpüklü söndürmə, qazlı söndürmə, yeni texnologiya olan su sisi vasitəsilə söndürmə, yanğın detektorları, alqılama və siqnalizasiya xidmətləri göstərir, bu xidmətləri “Viking” markasının məhsullarını istifadə etməklə həyata keçirir.

“Zetaş”ın təqdim etdiyi digər həll yolları yanğın pompası və hidrolik hesabları, passiv yanğın durdurucu sistemlər, metal konstruksiya sistemlərini yanğına qarşı izolyasiya edən boyalar, yanğına davamlı silikon və sement tərkibli materiallar, bu sistemlərin mühəndislik, layihələndirmə və quraşdırma xidmətləri daxildir.

Qısası, neft-qaz sahəsində, sənaye müəssisələrində, xəstəxanalarda, hotellərdə, alış-veriş mərkəzlərində və hava limanlarında istifadə olunan yanğından mühafizə sistemləri şirkətin xidmət portfelində mövcuddur. Azərbaycanda indiyədək şirkətin yer aldığı ən böyük layihələrə misal olaraq Mərkəz Bankı, Heydər Əliyev adına Neft Emalı Zavodu, “Azərikimya” Zavodunu, Vergilər Nazirliyini, “Port Baku Tower 2”, “Crescent” və “Baku Tower” layihələrini, Füzuli və Zəngilan hava limanlarını göstərmək olar.

“Viking” şirkətinin Türkiyə və region üzrə müdiri Nihat Yıldırım çıxışında yanğından mühafizə sistemlərinin insan həyatının və ətraf mühitin qorunmasındakı önəmindən bəhs edib, bu sahədə xidmət göstərən firmaların professional və sertifikatlaşdırılmış olmasının vacibliyini vurğulayıb.

“Viking” şirkətinin region üzrə texniki işlər müdiri Yusuf Arslan Azərbaycanda həyata keçirilən layihələrin yanğından mühafizə sistemlərinin beynəlxalq standartlara uyğunluğu, bu sahədəki texnoloji yeniliklər, mühafizə sistemlərinin müxtəlif sahələri və onlardan istifadə qaydaları haqqında məlumat verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir