Cəmiyyət

Bakıda jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək

Sharing is caring!


Oktyabrın 6-da Heydər Əliyev Sarayında ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Heydər Camalın həyat yolu” mövzusunda danışılacaq görüş saat 20:00-da baş tutacaq.

Tədbirin biletlərini şəhərin bütün kassalarından, “Gənclik” və “28 MALL” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

Qeyd edək ki, məşhur jurnalist və ictimai xadim Maksim Şevçenko ölkəmizin haqlı mübarizəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib və 44 günlük Vətən Müharibəsində haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq xalqımızın rəğbətini qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir