Cəmiyyət

Füzulidə azad olunan ərazidə iki tondan artıq narkotik bitki aşkarlanaraq məhv edilib

Sharing is caring!


Füzulidə işğaldan azad olunan ərazidə iki tondan artıq narkotik bitki aşkarlanaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Qacar kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib. Yabanı halda bitən ümumi çəkisi 2 ton 100 kiloqram olan 4663 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir