Cəmiyyət

Şəmkirdə bazar ərazisində yanğın olub

Sharing is caring!


Şəmkirdə yanğın hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun fəaliyyət göstərən bazarların birində qeydə alınıb. Rayon Mərkəzi Bazarında “Həbibli-1” MMC-nin ərazisində 1998-ci il təvəllüdlü Hidayət Namiq oğlu Cəfərova məxsus ümumi sahəsi 40 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət kababxanada anidən yanğın olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsi yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı kababxana kimi fəaliyyət göstərən obyektin yanar konstruksiyaları və içərisində olan bir ədəd soyuducu, qaz piltəsi, stol, stullar və digər əşyalar yanıb.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub. Hadisənin səbəbləri araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir