Cəmiyyət

Yasamalda iki avtomobil toqquşub, xəsarət alan var

Sharing is caring!


Bakının Yasamal rayonunda 41 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Leyli Eyvaz qızı Əlizadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir