Cəmiyyət

Goranboyda sel fəsadlar törədib, xırdabuynuzlu heyvanlar tələf olub – FOTO

Sharing is caring!


Ötən gecə güclü yağışın ardından yaranan sel suları Goranboyun üç kəndində fəsadlar törədib.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Goranlı, Qazançı, Kürəkçay kəndlərində təbiət hadisəsi zamanı həyətlərə, evlərə və tövlələrə su dolub.

Kürəkçay kəndi ərazisindən axıb gedən sel suları dəmiryol xəttinə də zərər vurub.

Sel suları adıçəkilən kəndlərə qonşu olan Qazançıda da otlaq sahələrinə, həmçinin, sakinlərə məxsus həyətlərə, tövlələrə də dolub.

Sakinlərin verdiyi məlumata görə, xırdabuynuzlu heyvanlardan tələf olanlar var.

Güclü yağış kənd yollarını da yararsız hala salıb.

Fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Komissiyası tərəfindən monitorinq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir