Cəmiyyət

Çin ilə əməkdaşlığın parlaq gələcəyi var

Sharing is caring!

         Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “ChinaGlobal Television Network” televiziya kanalına müsahibəsi iki ölkə münasibətlərinin inkişafı baxımından mühüm addım kimi qiymətləndirilir.Səmimi söhbətdən çıxarılan nəticə budur ki,Çin-Azərbaycan münasibətlərinin inkişafı və yeni çalarlar əldə etməsində nəqliyyat-logistika əməkdaşlığı xüsusi yer tutur.

         Çin-Azərbaycan münasibətlərinin inkişafı və yeni çalarlar əldə etməsində nəqliyyat-logistika əməkdaşlığına daha geniş nəzər yetirmək lazımdır. Məlumdur ki, Azərbaycanın strateji imkanlarını artıran, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafını şərtləndirən, yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradan amillərdən biri ölkəmizin regionun nəqliyyat, logistika mərkəzinə çevrilməsidir. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir”.

        Prezident deyib ki, Son zamanlar Azərbaycan-Çin münasibətləri daha da intensivləşib. Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir. Əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Xüsusilə nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər.

        Nəticə etibarilə, çoxtərəfli, bərabərsəviyyəli əməkdaşlıq əlaqələrinə malik olan Çin-Azərbaycan münasibətləri hər iki tərəfin milli maraqlarına xidmət etməklə yanaşı, müasir geostrateji reallıqların fonunda Cənubi Qafqaz bölgəsinin, Avrasiyanın və bütövlükdə dünyanın hərbi-siyasi, iqtisadi, ekoloji, demoqrafik və enerji təhlükəsizliyinin təmin olunmasına strateji töhfələr verir.

         Bütövlükdə qənaətimiz budur ki, Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır.

Elnur Azadxanov,

Cəlilkabad Rayon Mərkəzi Xəstəxanası

Publik Hüquqi Şəxsin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir