Cəmiyyət

Torpaq icarə haqlarından büdcəyə 800 min manatdan çox borcun ödənilməsi təmin edilib

Sharing is caring!


Cari ildə yerli büdcə gəlirlərinin artırılması məqsədilə birinci yarımildə 131 bələdiyyə üzrə ümumilikdə 7600 hektardan çox torpaq sahəsini əhatə edən 1241 icarə müqaviləsində uyğunlaşdırma nəticəsində icarə haqqı 1,3 dəfə artırılıb.

Bu barədə Oxu.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Cari ildə torpaq icarə haqlarından əvvəlki illər üzrə yaranmış debitor borcların təqribən 800 min manatdan çox hissəsinin yerli büdcələrə ödənilməsi təmin edilib.

Debitor borcların yığılması məqsədilə “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq bələdiyyələr tərəfindən pul tələbinə dair inzibati aktların qəbulu və məcburi icraya yönəldilməsi işləri davam etdirilib. Altı ay ərzində bələdiyyələrin debitor borcların ödənilməsi ilə bağlı 2,2 dəfə çox – 5 300-dən artıq akt icraata qəbul olunub və onlardan icra məmurları tərəfindən icrası təmin edilən işlərin sayı 5 dəfədən çox artıb. Həmin aktların icrası nəticəsində yerli büdcələrə daxil olan vəsaitin həcmi də 2,5 dəfədən çox artaraq 600 min manatı ötüb.

Ümumilikdə isə respublika üzrə torpaq və əmlak vergisindən yerli büdcələrə daxilolmaların həcmi 13% artaraq 8,2 milyon manatdan çox olub. Bələdiyyələrlə aparılan davamlı, əhatəli metodoloji iş nəticəsində ölkə bələdiyyələrinin ümumi büdcə gəlirləri 35% artaraq ötən ilin sonuna 47 milyonu ötüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir