Cəmiyyət

Lənkəranda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

Sharing is caring!


Lənkəranda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan 4, “Mersedes”də olan bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkərən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir