Cəmiyyət

Abşeronda park işıqsız qalıb

Sharing is caring!


Abşeron rayonunda park işıqsız qalıb.

Belə ki, Xırdalan şəhərində yerləşən “Misir” parkında işıq dirəkləri olsa da, elektrik cərəyanı hələ verilməyib. 

İsti yay günləri əhali axşam saatlarında parkda istirahət etmək istəsə də, parkda göz-gözü görmür. 

Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq bir neçə gündür ki, park ərazisindəki işıq dirəkləri təmir olunur:

“Bu gün ərzində park işıqlandırılacaq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir