Cəmiyyət

Əfqan Cəlilov: “Təkcə birinci rüb üzrə 540 nəfərin aylıq gəliri 500 manata qədər artırılıb”

Sharing is caring!


“2023-cü ilin əvvəlində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də minimum əməkhaqqının 17% artımı (300 manatdan 350 manata) xərclərin artımına səbəb olub”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov qurumun 2023-cü ilin birinci yarısında gördüyü işlər barədə keçirilən brifinqdə bildirib.

Əfqan Cəlilov qeyd edib ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib:

“Təkcə birinci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 manata qədər artırılmasına nail olunub”.

Sədr əlavə edib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-də transformasiya prosesləri ilə yanaşı, “Postcargo”, “Retail”, “Logistika” kimi irihəcmli layihələrə də start verilib:

“Bundan əlavə, poçt operatorunun “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alması və nəticə etibarilə nağdsız poçt əməliyyatlarının aparılması ilə maliyyə şəffaflığının təmin olunmasında əhəmiyyətlidir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir