Cəmiyyət

5-ci sinif şagirdi bədbəxt hadisə ilə üzləşib – FOTO

Sharing is caring!


2011-ci il təvəllüdlü Zülfiyyə Nicat qızı Rüstəmli ağır yanıq xəsarətləri alıb.

Bu barədə Oxu.Az-a anası Şamama Rüstəmova məlumat verib.

O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Biz Ağdamda yaşayırıq. Hadisə 15 may tarixində baş verib. Belə ki, qızım Zülfiyyə süfrədəki içi qaynar su dolu çaydanın yanından keçərkən toxunaraq üzərinə dağıdıb. Biz bir neçə müddət Ağdamda müalicə alsaq da, xeyri olmadı və Bakıya göndərildik. Hazırda Bakıda xəstəxanalardan birində müalicə alırıq. 15 gün reanimasiyada qalıb qızım. Bir dəfə əməliyyat olunub. İmkanımız olmadığı üçün borc alıb əməliyyat və müalicələri aparmağa çalışmışıq. Borca görə döymədiyim qapı qalmayıb. Artıq elə vəziyyətə çatmışıq ki, bir dərman belə almağa pulumuz yoxdur. Həkim yazdığı dərmanları ala bilmədiyimizə görə qızımın vəziyyəti günü-gündən pisləşir. Yoldaşım fəhlə işləyir. Mən də alağa gedərək ona dəstək oluram. İmkanı olan şəxslərdən bizə kömək olmalarını xahiş edirəm. Qızımın müalicəsi üçün bizə 2000 manat lazımdır”.

Əlaqə nömrəsi: (050) 899-29-97 (Şamama Rüstəmova)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir