Cəmiyyət

Araz çayından suyun verilməsi qaydasına aydınlıq gətirilib – FOTO

Sharing is caring!


Araz çayında su sərfi nisbətən aşağı olduğundan magistral kanallara suyun verilməsi növbəlilik qrafiki əsasında həyata keçirilir.

Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC məlumat yayıb.

Məlumatda deyilir ki, son aylarda Araz çayında suyun lil və çöküntülü olması ilə əlaqədar suvarma kanallarında təkrar olaraq lildən təmizlənmə işləri görülür ki, bu da suvarma suyunun vaxtında itkisiz təmin olunmasına xidmət edir. Suvarma suyu Köhnə Cənubi Muğan kanalına verilir. Suvarma suyunun maneəsiz və itkisiz olaraq sahələrə çatdırılması üçün kanallar əl ilə və texnikalar vasitəsilə lildən və kol-kosdan təmizlənir.

Eyni zamanda, beş kilometrdən artıq uzunluğunda nov kanalları cari təmir olunub. Bundan başqa, plana uyğun olaraq, bu ilin altı ayı ərzində 178 km təsərrüfatlararası və təsərrüfatdaxili suvarma kanalları lildən təmizlənib.

Qeyd edək ki, Biləsuvar Suvarma Sistemləri İdarəsinin balansında 69 ədəd nasos stansiyası var. Bu nasos stansiyalarından 22 ədədi elektrik enerjisi ilə, 47 ədədi isə dizel mühərrikləri ilə çalışır. Nasos stansiyalarda cari və əsaslı təmir işləri aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir