Cəmiyyət

Salyanda narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olanlar saxlanılıblar – FOTO

Sharing is caring!


Salyanda narkotik cinayətlərində şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Arbatan kənd sakini, əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayan Elnur Bağırov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan 338 qrama yaxın heroin, metamfetamin, bir kiloqramdan artıq marixuana və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Qaraçala qəsəbə sakini Rahil Kərimov saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən səkkiz ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir