Cəmiyyət

Oğuzda əkin sahəsində yanğın baş verib

Sharing is caring!


Oğuz rayonunun Xaçmaz meşəbəyliyinin yaxınlığındakı əkin sahəsində yanğın hadisəsi baş verib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov Oxu.Az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın məhdudlaşdırılıb və meşəyə keçməsinin qarşısı alınıb.

“Əkin sahəsinin fermer tərəfindən yandırılması təsdiq olunarsa, fermerə ayrılan subsidiyanın dayandırılması üçün aidiyyəti qurumlara müraciət olunacaq”, – C.Qəribov deyib.

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir