Cəmiyyət

Şabranda mikroavtobus aşıb, altı nəfər xəsarət alıb

Sharing is caring!


Şabran rayonunun Zağlı kəndi ərazisində “Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

“Report”un məlumatına görə, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir