Cəmiyyət

Laçın rayonu sakini: “Xoşbəxtliyi sözlə ifadə etmək mümkün deyil”

Sharing is caring!


“Mən Laçından çıxanda tələbə idim. Ulu öndər Heydər Əliyev bir dəfə məcburi köçkünlərlə görüşdə qeyd etmişdi ki, biz Laçına, Şuşaya yenidən qayıdacağıq. Nəhayət, o gün gəlib çatdı”.

Bu sözləri AZƏRTAC-a Laçın rayonu sakini Məhəmməd İsmayılov deyib.

O diqqətə çatdırıb ki, yurd həsrəti artıq sona çatıb: “Mən Laçından çıxıb Bakıya gəlməyimi, ağrılı-acılı günləri dünən olmuş kimi xatırlayıram. Bütün bunlara baxmayaraq sevinirəm ki, öz doğma yurduma qayıdıram. Bu xoşbəxtliyi sözlə ifadə etmək mümkün deyil. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşməni torpağımızdan qovdu. Mən inanıram ki, bizi gözəl günlər gözləyir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir