Cəmiyyət

TDT baş katibi: “Şuşa gələcəkdə dünyanın ən gözəl şəhərlərindən biri olacaq”

Sharing is caring!


“Şuşa gələcəkdə nəinki regionda, dünyada ən gözəl şəhərlərdən biri olacaq və buna əminəm”.

“Report”un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun iştirakçısı, Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev jurnalistlərə açıqlamasında deyib.

“Prezident İlham Əliyev üç saatlıq görüşü zamanı Qarabağ zəfəri və sonrakı mərhələlər barədə geniş məlumat verdi, suallarımızı ətraflı cavablandırdı. İnşallah, hər il Şuşada Qlobal Media Forumu keçiriləcək”, – deyə baş katib vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir