Cəmiyyət

Naxçıvanda yararsız layihələndirilən məktəb binası sökülüb – FOTO

Sharing is caring!


Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən Hacıvar kənd tam orta məktəbinin binası, yeni inşa olunmasına baxmayaraq, layihəsinin yararsız olması və inşaat işlərinin düzgün aparılmaması səbəbindən sökülüb.

“Report”un yerli bürosu xəbər verir ki, 252 yerlik binanın söküntü işləri artıq başa çatdırılıb.

Qərara uyğun olaraq, Hacıvar kənd tam orta məktəbinin binası yenidən inşa olunacaq.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı”ında göstərilən təhsil sahəsindəki yeni layihələrin icrası ilə əlaqədar olaraq əvvəlki illərdə inşa olunan və standartlara uyğun olmayan təhsil müəssisələrinin yenisi ilə əvəz olunmasına başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir