Cəmiyyət

Masallı meşələrində su hövzəsi quşlarının məskunlaşması meşəyə ziyan vurub – FOTO

Sharing is caring!


Masallı meşələrində su hövzəsi quşlarının məskunlaşması meşəyə ciddi ziyan vurub.

“Report”un cənub bürosunun məlumatına görə, qeyri-adi məskunlaşma Masallının Kalinovka kəndi ərazisindəki meşə zolağında qeydə alınıb.

Əsasən, su hövzələri ətrafında olan vağ quşlarının meşə zolağında məskunlaşması indiyə qədər müşahidə olunmadığından sakinlərin marağına səbəb olub. Kənd sakinlərinin sözlərinə görə, quşlar iki-üç ay olar ki, bu ərazidə məskunlaşaraq ağaclarda yuva qurublar. Meşə ərazisində çoxlu sayda quş leşi də müşahidə olunur ki, sakinlər bu barədə ərazi ekologiya idarəsinə məlumat veriblər.

Qızılağac Milli Parkının böyük elmi işçisi Müstəqim Bəşirov meşə ərazisində məskunlaşan quşların, əsasən, Misir ağ və boz vağları olduğunu bildirib. Onun sözlərinə görə, quşların Qızılağac Milli Parkı ərazisindən təqribən beş km aralıya yerdəyişmələrinin səbəbi qida ilə bağlıdır:

“Meşə ərazisinə yaxın yerlərdə yonca, buğda sahələri var ki, quşlar da bu sahələrə daraşan qurdlar, çəyirtkələrlə qidalanırlar. Quşlar təsərrüfatlar üçün xeyirli olsalar da, meşə təsərrüfatına ciddi ziyan vurublar. Belə ki, onların ifrazatı ağacın budaqlarını, yarpaqlarını zədələyir, bu da gələcəkdə ağacın qurumasına səbəb ola bilər”.

Ekoloq onu da bildirib ki, quşların yerdəyişməsi müvəqqətidir. Bir-iki aydan sonra onlar yenidən su hövzələrinə geri dönəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir