Cəmiyyət

Bakıda kirayə mənzillərin qiyməti artacaq – FOTO

Sharing is caring!


“Əmlak bazarında mövsümə uyğun dəyişikliklər olur. Hər il may ayının sonundan başlayaraq avqustun axırına qədər Bakıda kirayə mənzil bazarında durğunluq yaranır”.

Bu barədə “Trend”ə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, durğunluğun əsas səbəbi insanların yay aylarında paytaxtı tərk etməsi ilə bağlıdır. Avqustun sonlarından etibarən isə kirayə mənzillərə tələbat kəskin artır.

“Minlərlə insanın Bakıda ev axtarmağa başlaması da qiymət artımına təsir edən əsas amildir. Ali məktəblərə qəbul prosesinin nəticələrinin açıqlanması da Bakıda kirayə mənzil bazarına ciddi təsir edən faktorlardandır”, – deyə o əlavə edib.

E.Fərzəliyev qeyd edib ki, Bakıda bina evlərinin satışında da ciddi azalma var.

“Bu, daha çox mövsümlə bağlıdır. Tələbat az olduğuna görə qiymətlər müəyyən qədər sabit qalıb. Avqustun sonundan etibarən satışa çıxarılan mənzillərin də qiymətlərində artımların olması proqnozlaşdırılır.

Yay mövsümündə regionlarda isə kirayə evlərin qiymətləri kəskin artır. Bu gün regionlarda qiymətlərə nəzər salsaq, paytaxtdakı qiymətlərlə eyni olduğunu, hətta bəzən baha olduğunu görürük”, – deyə o, əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir