Cəmiyyət

Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlər artıb

Sharing is caring!


“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb”.

Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

“Vətəndaşların müraciətlərində üstünlük təşkil edən mövzular oldu. Müraciətlərin 350-si məhkəmə qərarlarının icrası, 225-si məişət zorakılığı, 129-u işlə təmin olunma , 123-ü müxtəlifyönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması, 91-i müayinə və müalicə olunmaqda köməklikdən ibarət idi”, – deyə B.Muradova bildirib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir