Cəmiyyət

Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb – SİYAHI

Sharing is caring!


2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9 697 ton ət, 72 091 ton süd istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5,2% və ya 3 582 ton artıb.

Qeyd edək ki, ən çox ət və süd Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda 2 549 ton ət, 22 458 ton isə süd istehsal olunub.

Azad edilmiş rayonlar Ət istehsalı, tonla Süd istehsalı, tonla
Ağdam 2 549 22 458
Füzuli 1 509 14 679
Xocalı 117 875
Xocavənd 684 1 941
Şuşa 199 1 243
Cəbrayıl 1 085 4 573
Kəlbəcər 1 951 13 366
Qubadlı 115 605
Laçın 1 419 12 069
Zəngilan 69 282

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir