Cəmiyyət

Makler qadın borca görə şərikinin arvadını bıçaqladı – MƏHKƏMƏ

Sharing is caring!


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəsibə Quliyevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İttihama görə, hadisə 31 yanvar 2022-ci il tarixdə Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Nəsibə Quliyeva tanışı Həsən Vəliyevin (şərti) yaşadığı evə gedib. Bu zaman evdə Həsənin həyat yoldaşı, zərərçəkmiş Günay Vəliyeva (şərti) olub. Qadınların arasında mübahisə yaranıb. Nəticədə Nəsibə üzərində gəzdirdiyi ov bıçağı ilə Günayın sol tərəfdən sinə nahiyəsindən bir zərbə endirib.

Məhkəmə istintaqı zamanı Nəsibə Quliyeva özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilib. O ifadəsində göstərib ki, Həsən Vəliyevlə birlikdə torpaq alqı-satqısı işi ilə məşğul olub. Onlar birlikdə işlədikdən sonra Həsənin ona müəyyən miqdar borcu yaranıb, lakin şəriki yığılan borcunu vermək istəməyib. Bir gün isə Həsən zəng edərək – “gəl, borcunu verim”, – deyib. Nəsibə də öz avtomobili ilə onun yaşadığı yerə gedib. Buna baxmayaraq, Həsən evdə olmayıb. Onun arvadı Günay isə evdə olub. Günay Nəsibəni evin kamerasından görərək çölə çıxıb.

Nəsibə Quliyevanın sözlərinə görə, Günay onu təhqir edib və söyüb. O da bundan sonra meyvə doğramaq üçün avtomobilində saxladığı bıçağı götürərək Günaya xəsarət yetirib.

Hadisədən sonra Nəsibə Quliyeva saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir