Cəmiyyət

Səhiyyə Nazirliyində “Pfizer” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Sharing is caring!


Səhiyyə Nazirliyində “Pfizer” şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitri Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyasının ən sərt vaxtlarında ölkəmizdə dörd tanınmış vaksin şirkətlərinin peyvəndləri tətbiq olunub. Bunlardan biri də məhz “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Pfizer-BioNTech” vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib.

Teymur Musayev, həmçinin, ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin də Azərbaycanda tətbiqi məsələlərinin müzakirəsinə də səhiyyə nazirliyinin hazır olduğunu bildirib.

Öz növbəsində “Pfizer” şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitri Kozenkov bildirib ki, Azərbaycan COVID-19 pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələrdəndir. Belə ki, Azərbaycan Hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirib.

Görüşdə “Pfizer” şirkəti ilə Səhiyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlıq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb və elmi-tibbi aspektlər müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir