Cəmiyyət

“Azəriqaz”: “Bəzi yaşayış məntəqələrinin qazlaşdırılması əlverişsizdir”

Sharing is caring!


“Qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəsiz hesab olunan yaşayış məntəqələri gələcəkdə digər alternativ enerji növləri ilə təmin ediləcək”.

Modern.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyası çərçivəsində bildirib.

“Bizim əsas məqsədimiz ondan ibarətdir ki, biz təbii qazla təmin olunmayan yaşayış məntəqələrini ardıcıl olaraq tam şəkildə qazlaşdıraq. Lakin elə yaşayış məntəqələrimiz var ki, onlar mövcud və ya gələcək qaz təchizatı mənbələrindən çox uzaq bir məsafədə yerləşirlər, ev sayları da azdır, onların texniki-iqtisadi cəhətdən qazlaşdırılması əlverişsizdir”, – deyə Teymur Cəfərov qeyd edib.

Onun sözlərinə görə, bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Energetika Nazirliyi ilə birgə təhlillər aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir