Cəmiyyət

Baş DYP İdarəsindən YENİLİK: “WhatsApp” hesabı yaradıldı – FOTO

Sharing is caring!


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşların müraciətləri üçün yeni “WhatsApp” hesabını aktivləşdirib.

Oxu.Az xəbər verir ki, bununla bağlı BDYPİ-nin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat paylaşıb. O qeyd edib ki, sosial şəbəkələrdə vətəndaşlardan gələn çoxsaylı müraciətlər nəzərə alınaraq, belə bir addım atılıb.

“Artıq siz də yollarda qarşılaşdığınız və qeydə aldığınız yol hərəkəti qayda pozuntularına dair video və foto görüntüləri bu hesaba göndərə, yollarda ictimai nəzarətin həyata keçirilməsində iştirak edə bilərsiniz.

Məqsəd yollarda təhlükəsizliyin təmin edilməsi, qəzaların qarşısının alınması və sürücü intizamının yüksəldilməsidir.

Xahiş edirik nəzərə alasınız ki, “WhatsApp” hesabı yalnız foto və video göndərilməsi üçün nəzərdə tutulub.

“WhatsApp” hesabı – 050 800 09 02”, – deyə R.Tağıyev vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir