Cəmiyyət

Yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələr təmizlənib – FOTO/VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğına səbəb olan quru ot, kol-kos və məişət tullantıları yığılan sahələrin təmizlənməsini təmin edib.

Nazirlikdən verilən xəbərə görə, bu çərçivədə, yaratdığı yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmaqla, Bakı şəhəri, Xətai rayonunun 8 Noyabr prospekti, Zığ şosesi və Məhəmməd Hadi küçəsi, 83 ünvanında, Yasamal rayonunun Şərifzadə küçəsində, Sumqayıt şəhərindəki “SOCAR Polymer” zavodunun ərazisində, Saatlı şəhərinin Nizami küçəsində, Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən 26-cı km-də magistral yolun kənarında, Yardımlı şəhərinin Heydər Əliyev küçəsində quru ot, kol-kos və məişət tullantıları olan sahələrin təmizlənməsi işi həyata keçirilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir