Cəmiyyət

Xaricdə təhsil alacaq tələbələrin nəticələri niyə gecikir? – AÇIQLAMA + VİDEO

Sharing is caring!


Xaricdə təhsil alacaq azərbaycanlı tələbələrin müsahibə nəticələrinin elanının gecikmə səbəbi açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov qaydalara uyğun olaraq müsahibədən keçmiş gənclərin nəticələrinin hələ də məlum olmamasına aydınlıq gətirib.

Nazirlik rəsmisi bildirib ki, Dövlət Proqramının ikinci dövr üzrə sənəd qəbulu iyunun 1-də başa çatıb və hazırda həmin dövr üzrə müsahibədə iştirak etmiş şəxslərin nəticələrinin açıqlanması yekun mərhələdədir:

Müjdət Həsənov qeyd edib ki, Dövlət Proqramının 15 prioritet istiqaməti var:

“Bununla bağlı artıq nazirliyin müvafiq xüsusi proqramlarının siyahısı dərc olunub. Əvvəlki Dövlət Proqramı ilə müqayisədə qərarların verilməsi daha çevik mexanizm üzərində qurulub”.

ABŞ-nin ali təhsil ocaqlarında tədrisin avqustun sonunda başladığına diqqət çəkən Müjdət Həsənov qeyd edib ki, tezliklə nəticələr elan olunacaq, tələbələr təhsil prosesinə gecikməyəcəklər.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir